“Çıraq Plaza” Otel və Biznes Mərkəzi 2010-cu il oktyabr ayından fəaliyyət göstərir. Özünəməxsus memarlıq kompleksi müştəri və icarədarlara göstərilən xidmətlərə yeni keyfiyyət standartlarının tətbiqini təmin edir.
15 mərtəbəli bina məşhur Azərbaycan memarı Nəriman İmaməliyevin layihəsi əsasında xarici mühəndis-texniki heyət tərəfindən inşa olunub. Binanın konstruksiyası və interyer tərtibatında istifadə olunan materiallar kompleksin A sinfinə aid olmasına təminat verir, eləcə də biznes mərkəzindəki ofislərin açıq işıqlı döşəmələr ilə təmin olunması biznes fəaliyyətinin səmərəliliyinə dəlalət edir.
İki mərtəbə hündürlüyündə olan, şüşə fasadlı dəhliz vasitəsilə biznes mərkəzinə giriş təmin olunur. Təchiz olunmuş pəncərələr vasitəsilə şəhərin unudulmaz mənzərəsini izləyə bilərsiniz.
Şirkət mülklərinə ofislər, konfrans zalları, otel və restoranlar daxildir.
Qonaqların maksimum rahatlıqla təmin olunması üçün otel otaqları xüsusi tərtibata malikdir. Müasir mebel, isti rənglər və rahat çarpayılar sizin rahatlığınızı təmin edə biləcək əsas amillərdir. Siz istəyinizə uyğun otağı seçə bilərsiniz.
Siz “Çıraq Plaza” Otel və Biznes Mərkəzində yerləşən restoran və lobbi bara baş çəkə və burada bizim şefin hazırladığı dünyanın müxtəlif mətbəxlərinə məxsus yeməklər daxil olmaqla, müasir mətbəxin ləziz təamlarından dada bilərsiniz.
Sizin istəyinizə uyğun olaraq, biz iclas otaqlarını qabaqcıl texnika ilə təchiz edə bilərik. Biz konfrans və biznes iclaslarının təşkilində sizə yardımçı olmaqdan məmnun olarıq.
“Çıraq Plaza” iki nominasiyada “Dünya Səyahət Mükafatı”, Dünya Turizm Şirkətindən keyfiyyət və xidmət üçün “Platinum Eagle” mükafatı, eləcə də “İlin Biznes Oteli” nominasiyasında “Azərbaycan Biznes Mükafatı 2012” Milli Mükafatı ilə təltif olunub.
“Çıraq Plaza” binanın təbii fəlakətlərə qarşı seysmik müqavimətini göstərən SGS keyfiyyət sertifikatına malikdir.
“Çıraq Plaza” Otel və Biznes Mərkəzi rahatlığın məkanı olub, sizin istirahətiniz üçün hər cür şəraitlə təmin olunub.