Rəsmi iclasların keçirilməsi üçün ideal məkan hesab olunan Konfrans zalında 10 nəfərin iştirakı mümkündür. İki divarı pəncərədən tərtib olunan məkan təbii işıqlandırma sistemi ilə təmin olunub. İcarə üzrə ödəniş normativ saat üzrə təyin olunur və bu, brifinqlərin və ya müsahibələrin həyata keçirilməsi üçün mükəmməl seçim imkanı yaradır.

Aşağıda təsnif olunmuş avadanlıq və materialların təchizat xərcləri konfrans zallarının icarə qiymətlərinə daxildir:

Yüksək sürətli İnternetə çıxış
Proyektor
Kabelsiz mikrofon dəsti
Mühazirə materialları
Ofis ləvazimatları (karandaş, marker və qeyd kitabçaları)
Audiovizual texnika və texniki dəstək
* Normativ saat üzrə təyin olunan icarə qiymətləri bütün otaqlar üçün nəzərdə tutulur.

Şərtlər:
Normativ saat üzrə təyin olunan otaq qiymətləri maksimum 2 saat üçün nəzərdə tutulur. Habelə, uzunmüddətli icarə üçün yarım və ya tam günlük icarə haqqı tətbiq olunur.